“Əskik olan futbolda kuboklarımızdı”

Bakı, 18 iyun, Sporaz.tv

Qurban bayramı münasibətilə “Fenerbahçe” klubunda ənənəvi bayram mərasimi keçirilib.

 Sporaz.tv xəbər verir ki,  Mərasimdə çıxış edən Ali Koç, Milli Futbol Komandasının 2024-cü il Avropa Çempionatında bu gün vacib oyuna çıxacağını bildirərək, “Ümid edirəm ki, növbəti mərhələyə keçəcəyik. Bunu etmək üçün keyfiyyətli heyətə sahibik”.

Fenerbahçe“nin böyük klub olduğunu bildirən Ali Koç bunları deyib:

“Fenerbahçe məşqçi gətirəndə çempionluq unuduldu. “Fenerbahçe” seçkiyə gedəndə siyasi seçki çox diqqət çəkdi. Hər iki “Fenerbahçe”nin prezidentliyə namizədləri televiziyaya çıxanda reytinq rekordu qırıldı”.

Şekip Mosturoğlu, cəmiyyətdə birlik və həmrəyliyin davam etməsi lazım olduğunu da ifadə edərək, “Bu mövsüm çempion olacağıq. Fenerbahçe olaraq uğurlu bir mövsüm keçirdik. Əskik olan futbolda kuboklarımızdı. Mourinyo ilə yeni Fenerbahçe dövrü başlayacaq”.

Vüqar ALIŞOV