Ərtoğrul Doğandan transfer şad xəbər

Bakı, 14 may, Sporaz.tv

Sporaz.tv xəbər verir ki, TRT Radio 1-də yayımlanan İdman Xidməti proqramına qatılan Doğan Türkiyə Kubokunu öz muzeylərinə aparmaq istədiklərini bildirib.

Sporaz.tv xəbər verir ki ,Bordo-mavi klubun hər zaman ədalətin tərəfində olduğunu vurğulayan Ərtoğrul Doğan, “Beşiktaş“la oynanılacaq kubokun finalı üçün bilet qiymətlərini məqbul səviyyəyə endirəcəklərini bildirib.

Trabzonspor prezidenti gələn mövsüm çempionluq üçün oynayacaq bir komanda yaratmaq istədiklərini və bunun üçün qolları erkən bağladıqlarını qeyd edib.

Transferlərin böyük hissəsini mövsümöncəsi düşərgəyə hazırlamağı planlaşdırdıqlarına diqqət çəkən Ərtoğrul Doğan, “4 transfer tamamlandı. 3 adda da ciddi irəliləyiş əldə etdik” dedi.

Onuaçunun gələcəyinə toxunan Doğan, “Sauthempton”un nigeriyalı hücumçunu yenidən icarəyə götürməkdə maraqlı olmadığını və oyunçunun satışı üçün təxminən 15 milyon avro istədiyini bildirib.

Vüqar ALIŞOV