Ersun Yanalın yeni ünvanı bəlli olub

Bakı, 7 iyun, Sporaz.tv

Trendyol 1-ci Liqasının yeni komandalarından olan “Amed SportifActivities” məşqçisi Ersun Yanalla anlaşıb.

Sporaz.tv xəbər verir ki, Amed Sportive Activity-nin sosial media hesabından edilən açıqlamada klub prezidenti Əziz Elaldı ilə İzmirdə apardığı iki günlük danışıqlar nəticəsində Ersun Yanal ilə razılığa gəlindiyi və iyunun 11-də keçiriləcək ümumi yığıncaqdan sonra 1 illik müqavilə imzalanacağı bildirilib.

Ersun Yanal futbolun hər kəsin ortaq duyğusu, şövqü və həyəcanı olduğunu ifadə edərək, “Türkiyə bir futbol ölkəsidir və daha yaxşı bir futbol fəlsəfəsinə çatmaq üçün hamımız əl-ələ verməliyik. Amedspor ilə başlayacağımız səyahətin hər dəqiqəsi çox əhəmiyyətlidir və dəyərlidir”. qiymətləndirməsini etdi.