Ersin Destanoğlu üçün sürpriz talib

Bakı, 3 sentyabr, Sporaz.tv

Beşiktaş“da forma şansı tapmayan Ersin Destanoğlu üçün sürpriz transfer ehtimalı üzə çıxıb. Superliqa komandasının yer aldığı Ersin Destanoğlu da transferə müsbət yanaşır.

Sporaz.tv xəbər verir ki, “Beşiktaş” akademiyasında böyüyən və 6 il əvvəl peşəkar müqavilə imzalayan Ersin Destanoğlu üçün sürpriz transfer ehtimalı gündəmə gəlib.

“Beşiktaş”da Mert Günokun ehtiyat oyunçusu olan 23 yaşlı qapıçı “ağ-qaralar”la vidalaşa bilər.

“Rizespor” Ersin Destanoğlunu heyətinə qatmaq iatəyir. Həmçinin Ersin Destanoğlunun da “Rizespor”a getməyə həvəslidir.

Bu mövsüm hələ meydana çıxa bilməyən Ersin Destanoğlu 2023-24 mövsümündə ümumilikdə 14 matça çıxıb, 1144 dəqiqə meydanda qalıb və 20 qol buraxıb.

Qara dəniz komandasının Halil Akbunar və Djibril Diopun, eləcə də 23 yaşlı qolkiperin transferlərini yekunlaşdırmaq üçün danışıqları davam etdirdiyi bildirilib.

Bahar Rüstəm