Ermənistan klubunun qapıçısı, atdığı qolla gecəyə damğa vurdu-VİDEO

Bakı, 7 avqust, Sporaz.tv

Ermənistanın “Noah” komandası, UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda AEK-i 3:1 hesabı ilə məğlub edib. Matç, Noahın qapıçısı Ognjen Cancarevicin qolu ilə əlamətdar olub.

Sporaz.tv xəbər verir ki, UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsində FC Noah və Yunanıstanın AEK komandası üz-üzə gəlib. Meydan sahiblərinin qapıçısı , vurduğu qolla gecənin ən çox danışılan adı olub.

Qarşılaşmada AEK 22-ci dəqiqədə Levi Garcianın qolu ilə önə keçib, Noah isə 33-cü dəqiqədə Virgile Pinsonla hesabı bərabərləşdirib. Noahda 67-ci dəqiqədə səhnəyə çıxan qapıçı Ognjen Cancarevic, öz qapısından rəqib qapısına zərbə endirərək komandasını önə keçirib.

Gonçala Gregorio, matçdakı son qolu 90+8 dəqiqədə vurub.