Erling Haalanddan tənqid

Bakı, 30 iyul, Sporaz.tv

Manchester City“nin ulduzu Erling Haaland sıx matç təqviminin futbolçulara mənfi təsir etdiyini bildirib. Haaland, mövsümdə çox sayda matç oynanıldığı üçün performanslarda azalma ola biləcəyini söylədi.

Sporaz.tv xəbər verir ki, Erling Haaland ABŞ-da yeni Premyer Liqa üçün mövsümöncəsi hazırlıqlarını davam etdirən “Manchester City”nin gərgin oyun təqvimini tənqid edib.

Mövsüm boyu bir çox futbolçunun həddən artıq çox matça çıxdığını bildirən ulduz futbolçu bu vəziyyətin onların çıxışlarına da yansıdığını bildirib.

Haaland açıqlamasında “Futbolçuların AVRO 2024-də necə yorğun olduqlarını gördük. İnsanların üzündən belə futboldan necə yorğun olduqlarını görmək olardı” dedi.

Ulduz oyunçu “Bu mövsüm də belə olacaq. Amma indi getdiyimiz yol budur. Hər matçda ən yaxşı performansımızla oynaya biləcəyimizi düşünmürəm. Sınaya bilərik, amma çətindir”.

Bahar Rüstəm