Erling Haaland Premyer liqanın ən çox qazanan futbolçusu ola bilər

Bakı, 7 sentyabr, Sporaz.tv

İngiltərə Premyer Liqasında Manchester City (Mançester Siti), Erling Haalandın 2027-ci ildə başa çatacaq müqaviləsini yeniləmək istəyir. Haalandın yeni müqaviləsi ilə Premyer Liqanın ən çox qazanan futbolçusu olacağı gözlənilir.

Sporaz.tv xəbər verir ki, Premyer Liqaya transfer olunduqdan sonra bir çox rekordlar qıran Erling Haaland karyerasını Manchester City (Mançester Siti)-də davam etdirə bilər.

Pep Guardiolanın rəhbərliyi altında ardıcıl 4, ümumilikdə 5 Premyer Liqa çempionu olan Manchester City (Mançester Siti), Erling Haalandı komandada saxlamaq istəyir.

Manchester City (Mançester Siti) rəhbərliyi ilə Haalandın meneceri  Rafaela Pimenta arasında danışıqların davam etdiyi və razılaşmanın qısa müddətdə tamamlana biləcəyi bildirilib. Razılaşma baş tutarsa, Erling Haaland, liqanın ən çox qazanan futbolçusu olacaq. Hazırda həftədə 400 min funt sterlinqlə liqada birinci yeri Kevin De Bruyne tutur.

Haaland, Manchester City (Mançester Siti)-nin heyətində 102 oyun keçirib, 97 qol vurub və 14 məhsuldar ötürmə edib.

Premyer Liqada çıxış etdiyi iki mövsümdə bombardiri olan Haaland, İngiltərə komandasında Premyer Liqa, Çempionlar Liqası, Klublararası Dünya Çempionatı, UEFA Super Kuboku, F.A Kuboku və Community Shield  çempionluqlarını qazanıb.

Leave a Reply