Eriksen bütün diqqətini “AVRO-2024″ə yönəldib

Bakı, 15 iyun, Sporaz.tv

AVRO-2020“də infarkt keçirən danimarkalı futbolçu Christian Eriksen yaşadığı pis anlardan sonra indi diqqətini yalnız “AVRO 2024“ə yönəltdiyini bildirib.

Almaniyanın ev sahibliyi etdiyi AVRO-2024-ün ilk oyununda Danimarka, sabah Stuttgart Arenada Sloveniya ilə qarşılaşacaq. C qrupunun oyunu öncəsi matçın keçiriləcəyi stadionda rəsmi mətbuat konfransı keçirilib.

Görüşdə Danimarkanın baş məşqçisi Kasper Hjulmand və komandanın kapitanı Christian Eriksen iştirak edib.

Yeni növ koronavirus (Covid-19) epidemiyası səbəbindən 2021-ci ilin iyununda keçirilən AVRO 2020-nin ilk oyununda infarkt keçirən Eriksenə yaşadığı xoşagəlməz hadisə ilə bağlı sual verilib.

Finlandiya matçında infarkt keçirən Eriksen, yaşadığı hadisəyə görə turnirin pis başladığını ifadə edərək, “Məncə bunlar gözəl xatirələrdir. Təbii ki, AVRO 2020 çox mənfi və çox bədbin başladı. Amma sonra hər şey daha optimist oldu. Yaşadığım hadisədən çox illər keçdi və indi diqqətimizi yalnız Avropa çempionatına yönəltmişik”. -deyib.