Bakı, 1 oktyabr, Sporaz.tv
Enes Ünalın çıxış etdiyi “Bournemouth“, Premyer Liqanın 6-cı həftəsində evdə “Southampton“-u 3:1 hesabı ilə məğlub edib. Qırmızı-qaralar 2 matçdan sonra liqanın qalibi olub.
Sporaz.tv məlumat verir ki, Premyer Liqanın 6-cı həftəsində “Vitality” stadionunda “Bournemouth” və “Southampton”, komandaları qarşılaşıb.
Meydan sahibləri ilk hissədə vurduqları qollarla qarşılaşmada 3:1 hesablı qələbə qazanıb. “Bournemouth”-un qollarını 17-ci dəqiqədə Evanilson, 32-ci dəqiqədə Ouattara və 39-cu dəqiqədə Semenyo vurub. Qonaq komandanın heyətində Harwood-Bellis, 51-ci dəqiqədə qol vurub.
Qarşılaşmaya ehtiyat oyunçular skamyasında başlayan Enes Ünal, 76-cı dəqiqədə Evanilsonu əvəzləyib.
“Bournemouth” xalını 8-ə çatdırıb. “Southampton” 1 xalla qalıb.