Endrickin müqavilə təfərrüatları

Bakı, 27 avqust, Sporaz.tv

Real Madrid“in yeni ulduzu EndrickSantiago Bernabeu“da ilk oyununda qol vurub. “Real Madrid”in Endrickin vurduğu hər qol, assist və ya penalti üçün “Palmeiras“a 35 min avro bonus ödəyəcəyi bildirilib.

Sporaz.tv xəbər verir ki, İspaniya La Liqasında ikinci həftə matçında “Real Madrid” “Real Valladolid”i 3 qolla məğlub edib.

Arda Gülərin ilk 11-ə başladığı matçda Carlo Ancelottinin komandasına qələbə qazandıran qolları Federico Valverde, Brahim Diaz və Endrick vurub.

Daha əvvəl “Real Madrid”in transferi ilə razılaşan, lakin bu yay heyətinə qatılan Endrick “Santiago Bernabeu”da yeni komandası ilə ilk oyununda qol vurub.

“Real Madrid”in Endrick transferinin təfərrüatları Braziliya mətbuatı Globo tərəfindən yayımlanan xəbərdə paylaşılıb.

İspan nəhənginin Endrickin vurduğu hər qol, assist və ya penalti üçün “Palmeiras”a 35 min avro ödəyəcəyi və bonus ödənişlərinin ümumi dəyərinin maksimum 12,5 milyon avroya qədər arta biləcəyi bildirilib.

İki komanda arasındakı razılaşmaya əsasən, Endrickin qazanacağı fərdi mükafatların və oynayacağı matçların sayının da bonuslara daxil olduğu bildirilib.

“Real Madrid” Endricki 2022-ci ildə transfer etdiyini açıqlayıb.

Həmin vaxt 16 yaşı olan gənc futbolçu 18 yaşı olmadığı üçün “Real Madrid”in heyətinə düşə bilməyib.

Bahar Rüstəm