Endrick: Braziliyanın aclıqdan doğan ulduzu

Bakı, 10 sentyabr, Sporaz.tv

Dağınıq, sökük bir ev, qarnı çox ac olduğu üçün atasından yemək istəyən balaca bir uşaq və oğluna verəcək 1 dilim çörəyi almağa belə pulu olmadığı üçün ağlayan bir ata.

Braziliya futbolunun gələcəyi tam da burada şəkilləndi. Endrick o gün atasına futbolçu olub ailəsini qurtarma sözü verdi…

Yoxsulluq içindəki atası Douglas, bəlkə Cristiano Ronaldo görər ümidi ilə oğlunun videolarını YouTube (Yutub) yüklədi. Endrick,futbola Palmeirasta başladı. Alt liqada 169 maçtda 165 qol atdı. A komandasında tam keçirdiyi ilk ilində 52 oyuna çıxıb 14 qol qeyd etdi.

O, pul və şöhrətə özünü qapdırmadı. Əyləncə dünyası, partilər diqqətini çəkmirdi. Ən yaxın dostları sosial media fenomenləri, məşhur repçilər deyil, balaca qardaşı Noah idi.

Neymar kimi fəndlər etmirdi, Mbappe kimi sürətli ya da Haaland kimi yırtıcı da deyildi. Endricki tamalayan kəlimə bu idi: “Əksiksiz“. Bu əksiksiz bacarıqların işlənməsi üçün bəlkə də ən doğru yer elə al+Madrid+idi.

O, atasına verdiyi sözü tutdu. Artıq dağınıq evdə yoxsulluq içində deyil, La Moralejadakı lüks mənzillərində ailəsi ilə birlikdə yaşayacaq.

Suna Jafarli

Leave a Reply