Ən yaxşısı Vinicius Junior

Bakı,3 iyun,Sporaz.tv

Real Madriddən Vinicius Junior UEFA Çempionlar Liqasında 2023-2024 mövsümünün ən yaxşı oyunçusu seçilib.

Sporaz.tv məlumat verir ki,qurumun yaydığı məlumata görə, UEFA-nın texniki müşahidəçilər komandası liqada mövsümün ən yaxşı oyunçularını müəyyən edib.

“Nəhənglər Liqası”nda İspaniyanın “Real Madrid” komandası ilə 10 matçda 6 qol vurub, 5 məhsuldar ötürmə edən Vinisius Junior mövsümün ən yaxşı futbolçusu mükafatını qazanıb.

Mövsümün ən yaxşı 11-liyinəGregor Kobel (Borussia Dortmund), Dani Carvajal (Real Madrid), Antonio Rüdiger (Real Madrid), Mats Hummels (Borussia Dortmund), Ian Maatsen (Borussia Dortmund), Marcel Sabitzer (Borussia Dortmund), Vitinha (PSG), Jude Bellingham (Real Madrid), Phil Foden (Manchester City), Harry Kane (Bayern Münih), Vinicius Junior (Real Madrid) yer aldı.

Ən yaxşı gənc futbolçu mükafatını Real Madriddən Jude Bellingham qazanıb.