Ən uzun penaltilər seriyası qeydə alınıb

Bakı, 21 may, sporaz.tv

Dünya futbol tarixində ən uzun penaltilər seriyası qeydə alınıb.

Yerli media xəbər verir ki, bu, İsrail çempionatında “Dimona” və “Şimşon Təl-Əviv” komandaları arasında II Liqaya vəsiqə uğrunda pley-off oyununda baş verib.

Komandalar penaltilər seriyası zamanı qalib müəyyənləşənədək ümumilikdə 56 zərbə yerinə yetiriblər. Yekunda meydan sahibləri daha dəqiq olublar – 23:22.

Qarşılaşmanın əsas vaxtı 2:2 hesabı ilə başa çatıb.

Qeyd edək ki, əvvəlki rekord 2005-ci ildə Namibiya Kubokunda qeydə alınıb. “Crystal Palace (Palas)” və “ Civics (Siviks)” klublarının görüşündə qalib 48 penalti zərbəsindən sonra bəlli olub.

Mənbə:Azərtac