En-Nesyrinin qaçırdığı mövqeyi sosial mediada trend mövzusuna çevrilib

Bakı, 22 sentyabr, Sporaz.tv

Fenerbahçe“(Fənərbağça)-nin heyətinə rekord məbləğə qatılan Youssef En-Nesyri “Galatasaray“(Qalatasaray) derbisində buraxdığı qolla gündəmə gəlib. Sosial şəbəkələrdə minlərlə fanat “En-Nesyri”-nin yararlana bilmədiyi mövqeyi paylaşaraq futbolçunu tənqid edib.

Sporaz.tv məlumat verir ki, “Fenerbahçe”nin transferi, 19,5 milyon avro ilə klub tarixinə düşən Youssef En-Nesyri hələ də gözləntiləri doğrultmayıb.

Kasımpaşa matçına ilk 11-də başlayan, lakin “Galatasaray” derbisində zədə alan mərakeşli hücumçu nəhəng matçın 67-ci dəqiqəsində Djikunun yerinə oyuna daxil oldu. Qarşılaşmada 2 dəqiq mövqeni boşa verən En-Nesyri tənqid hədəfinə çevrilib.

88-ci dəqiqədə İrfan Can Kahvecinin sol cinahdan ötürməni başla vurduğu 27 yaşlı hücumçu əlavə vaxtda inanılmaz mövqedən yararlana bilməyib.

Leave a Reply