En-Nesyri yoxsa Dzeko?

Bakı, 16 sentyabr, Sporaz.tv

Youssef En-Nesyrinin “Kasımpaşa” matçındakı çıxışı ciddi qəbul edilməsə də, “Galatasaray” derbisində kimin hücumçuya üstünlük veriləcəyi maraq doğurur. Köşə yazarı İlker Yağcıoğlu böyük matç öncəsi bu məsələyə toxunaraq “Fenerbahçe”nın derbiyə Edin Dzeko ilə başlamalı olduğunu bildirib.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”nin rekord transferi Youssef En-Nesyri “Göztepe”dən sonra “Kasımpaşa” matçında start 11-də oynadı.

“Göztepe” matçında qol vuran En-Nesyri “Kasımpaşa” ilə oyunda təsirsiz qalıb.

Mərakeşli hücumçunun zəif çıxışından sonra gələn həftə keçiriləcək “Galatasaray” derbisində Mourinhonun hücumçu kimi kimi oynayacağı maraq doğurub. Keçmiş futbolçu və köşə yazarı İlker Yağcıoğlu bu məsələyə toxunub.

Takvimdəki köşə yazısında En-Nesyriyə toxunan Yağcıoğlu, “Hazırkı performansı ilə Edin Dzekonu məğlub etməkdən çox uzaqdır” dedi.

Mərakeşli hücumçunun fiziki görünüşünün yaxşı olmadığını bildirən Yağcıoğlu, “Ona görə də əvəzedicidə başlasa, daha yaxşı olar” dedi.

Mövsümə yaxşı başlayan Edin Dzeko 9 matçda 8 qol vurub, 2 məhsuldar ötürmə edib. En-Nesyri 7 matçda 1 qola töhfə verib.

Trendyol Super Liqasının 6-cı həftəsində 21 Sentyabr Şənbə günü saat 20:00-da “Fenerbahçe” derbidə “Galatasaray”ı qəbul edəcək.

Bahar Rüstəm

Leave a Reply