En-Nesyri transferini açıqladılar: Jose Mourinho təfərrüatı

Bakı, 19 iyul, Sporaz.tv

Fenerbahçe En-Nesyri transferi ilə addım-addım sona yaxınlaşır. En-Nesyri ilə razılığa gəlindiyi bildirilərkən, klubu Sevilla ilə son problemlərin həll olunduğu və qısa müddətdə rəsmi açıqlamanın gələ biləcəyi bildirilib. Digər tərəfdən, En-Nesyrinin “Fenerbahçe”yə transferinə Jose Mourinhonun şəxsən müdaxilə etdiyi bildirilirdi.

Sporaz.tv məlumat verir ki, uzun müddətdir “Sevilla”dan Youssef En-Nesyrini heyətinə qatmağa çalışan “Fenerbahçe” xoşbəxt sona çox yaxındır.

İspan mətbuatında yer alan xəbərə görə, Youssef En-Nesyri ilə hər mövzuda anlaşan Fənərbaxça, transfer haqqı ilə bağlı Sevilla ilə son danışıqları aparır.

Bildirilib ki, sarı-göylülər təklifini 20 milyon avroya çatdırıb və İspaniya komandasına dərhal geri dönməsi üçün ultimatum göndərib.

“Fenerbahçe”nin baş məşqçisi Jose Mourinhonun görüşlərdə fəal iştirak etdiyi və futbolçunun razılaşdırılmasında mühüm rol oynadığı bildirilib.

Xəbərdə transferin gün ərzində yekunlaşa biləcəyi və “Fenerbahçe”nin qısa müddətdə En-Nesyri açıqlamağa hazırlaşdığı bildirilib.

“Sevilla” ilə iki dəfə Avropa Liqası çempionu olan Youssef En-Nesyri ötən mövsüm 41 matçda 20 qol vurub, 3 məhsuldar ötürmə edib.