Emre Morun yeni ünvanı

Bakı, 10 sentyabr, Sporaz.tv

Jose Mourinhonun “Fenerbahçe“də düşünmədiyi Emre Mor komandadan ayrılmağa hazırlaşır. 27 yaşlı futbolçunun yeni ünvanının böyük ölçüdə müəyyənləşdiyi iddia edilirdi.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe”də gözləntilərin altında qalan Emre Mor üçün Super Liqada talib var idi. “Hatayspor”un yeni baş məşqçisi Rıza Çalımbay Emre Moru heyətində görmək istəyir. Bununla bağlı “Fenerbahçe” ilə “Hatayspor” Emre Morun transferi üçün razılığa gəlib.

Emre Moru transfer haqqı ilə heyətinə qatmağa hazırlaşan “Hatayspor” razılığını verən kimi futbolçuya imza atacaq. Emre Mor “Fenerbahçe” karyerasında 49 oyun keçirib. 27 yaşlı futbolçu bu matçlarda 6 qol vurub, 5 məhsuldar ötürmə edib.

Bahar Rüstəm

Leave a Reply