Emre Kılınçın çənə sümüyü qırılıb

Bakı, 3 avqust, Sporaz.tv

Trendyol Super Liqa komandalarından olan “Samsunspor“un 29 yaşlı sol cinah oyunçusu Emre Kılınçın alt çənə sümüyü sınıb.

Sporaz.tv xəbər verir ki, “Qırmızı-ağlı” klubdan verilən yazılı açıqlamada Emre Kılınçın məşqdə yaşadığı toqquşmadan sonra alt çənə sümüyünün (Mandibula) qırıldığı qeyd edilib.

Təcrübəli futbolçunun Medical Park Samsun Xəstəxanasında uğurlu əməliyyat keçirdiyi bildirilib.

Emre Kılınçın Superliqanın ilk həftəsində “Samsunspor”un “Beşiktaş”la matçında meydana çıxa bilməyəcəyi öyrənilib.

Bahar Rüstəm