Emin Mahmudov: “Belə rekord göstəriciyə çatacağımı gözləmirdim” 

Bakı, 30 may, Sporaz.tv

“Neftçi”nin tarixinə düşəcəyimi gözləmirdim.

Bunu yerli mediaya açıqlamasında “Neftçi” komandasının kapitanı Emin Mahmudov deyib.

31 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”ın heyətində Azərbaycan çempionatlarında 183-cü oyuna çıxaraq klubun tarixinə düşməsi barədə danışıb: “Düzünü desəm, belə rekord göstəriciyə çatacağımı gözləmirdim. Təbii ki, bu çox sevindirici haldır. “Neftçi” kimi tarixi olan komandada bu qədər oyun keçirmək məni ancaq sevindirə bilər. Çalışacağam ki, komandama daha çox xeyir verim və uğurlar qazandırım”.

Qeyd edək ki, E.Mahmudov Premyer Liqa-ın sonuncu – XXXVI turunda “Sabah”la görüşdə 183-cü matçını keçirib. Bununla da o, komandanın sabiq futbolçusu “İqor Hetman(İqor Getman)”a məxsus 182 oyunluq rekordu yeniləyib.

Mənbə:Report.az