Elias Jelert üçün təklif gəldi

Bakı, 16 iyul, Sporaz.tv

Galatasaray (Qalatasaray), sağ cinah müdafiəçisi Elias Jelert üçün Kopenhagen klubuna rəsmi təklif göndərib.

Sporaz.tv xəbər verir ki, Danimarka komandası, tərəflər arasında danışıqların davam etdiyini bildirib.

Bəyanatın davamı belə olub: “Əgər yekun razılıq əldə olunarsa, klub tərəfindən açıqlama veriləcək”.

Yüngül zədədən sonra Elias Jelertin müalicəsinin davam etdiyi və bu səbəbdən Kopenhagenlə növbəti yoldaşlıq görüşündə heyətdə yer ala bilməyəcəyi də paylaşılıb.

21 yaşlı futbolçu, məşq etdiyi klubda son mövsümdə bütün yarışlarda 45 rəsmi oyuna çıxıb. Danimarkalı sağ cinah müdafiəçisi, bu matçlarda 1 məhsuldar ötürmə edib. Gənc futbolçu, ötən mövsüm Çempionlar Liqasının qrup prosesində Galatasaray (Qalatasaray)-la 2 matçda meydana çıxıb.