Elias Jelert “Galatasaray”da inkişaf edir

Bakı, 15 avqust, Sporaz.tv

Konyaspor” matçı öncəsi “Galatasaray“(Qalatasaray)-ın zədəsi səbəbindən hələ də meydana çıxa bilməyən yeni transferi Elias Jelertdən, sarı-qırmızılıları sevindirəcək xəbər gəldi.

Sporaz.tv məlumat verir ki, Trendyol Super Liqasının 2-ci həftəsinin açılış matçında “Galatasaray”, sabah səfərdə “TUMOSAN Konyaspor“la qarşılaşacaq.

MEDAŞ Konya Böyükşəhər Stadionunda oynanılacaq qarşılaşma, saat 22:00-da başlayacaq. Qarşılaşmanı baş hakim Direnç Tonusluoğlu idarə edəcək.

Liqanın ilk matçında “Atakaş Hatayspor”u 2:1 hesabı ilə məğlub edərək mövsümü 3 xalla açan sarı-qırmızılı komanda, Konyadan səfərdə itkisiz qayıtmağa çalışacaq.

“Galatasaray”-da zədəli olan Davinson Sanchezin müalicəsi davam edərkən, yeni transferlərdən Elias Jelertin də bu matçda heyətə düşəcəyi gözlənilir.