Elias Jelert, ayağının tozu ilə düşərgəyə qatıldı

Bakı, 26 iyul, Sporaz.tv

Galatrasaray (Qalatasaray)-ın yeni transferi Elias Jelert sarı-qırmızılı komandanın Avstriya düşərgəsində yer alıb.
Danimarkanın “Kopenhagen” klubundan heyətə qoşulan 21 yaşlı sağ cinah müdafiəçisi, əvvəlcə təyyarə ilə Avstriyanın Salzburg şəhərinə, daha sonra quru yolu ilə Steiermarkın Liezen bölgəsindəki İrdning şəhərinə gəlib.

Galatasaray Klubunun İdarə Heyətinin üzvü İbrahim Hatipoğlu və Futbol Direktoru Cenk Ergünün müşayiəti ilə Jelerti, Kamp otelində Sportif AŞ İdarə Heyətinin üzvü Maruf Günəş, danimarkalı futbolçu Viktor Nelsson və klub rəsmiləri qarşılayıblar.

Sarı-qırmızılı klubdan verilən açıqlamada klub prezidenti Dursun Özbek və məşqçi Okan Burukun Jelertə “xoş gəlmisiniz” deyərək, oteldə ona uğurlar arzuladıqları qeyd edilib.