Bakı, 1 may, Sporaz.tv
Səudiyyə Ərəbistanı kubokunun yarımfinal matçında “Əl Hilal” səfərdə “Əl İttihad”ı 2:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.
Sporaz.tv xəbər verir ki, Səudiyyə Ərəbistanı kubokunun yarımfinal matçında “Əl İttihad” və “Əl Hilal” komandaları qalib gəlib.
Xorxe Jesusun çalışdırdığı “Əl Hilal” 25-ci dəqiqədə Mixael və 81-ci dəqiqədə Səud Əbdül Həmidin qolları ilə 2-1 qalib gələrək finala yüksəlib.
“Əl İttihad”ın yeganə qolunu 67-ci dəqiqədə Abderazak Hamdallah vurub.
Matçın 42-ci dəqiqəsində “Əl Hilal”ın futbolçusu Sergey Milinkoviç qırmızı vərəqə alıb.
“Əl-Hilal”ın finaldakı rəqibi “Əl-Nassr” – “Əl-Khaleej” oyunundan sonra müəyyənləşəcək.
Vüqar Alışov