Əfsanəvi futbolçudan şərh

Bakı, 21 avqust, Sporaz.tv

Juventus“un və Fransa Milli Komandasının əfsanəvi adı Michel Platini milli futbolçu Kenan Yıldız haqqında xoş sözlər deyib. Yıldızın “Juventus”da 10 nömrəli formanı geyinəcəyini dəyərləndirən Platini, 19 yaşlı futbolçunun xarakter sahibi olduğunu bildirib. Fransız əfsanə “Fenerbahçe“nin baş məşqçisi Jose Mourinhodan da danışıb.

Sporaz.tv xəbər verir ki, Michel Platini “La Gazetta dello Sport”a açıqlama verib. Əfsanəvi futbolçu Kenan Yıldız və “Fenerbahçe”nin baş məşqçisi Jose Mourinhodan da danışıb.

Platini, “Juventus”da Kenan Yıldıza 10 nömrəli forma verilməsi ilə bağlı “Əgər Kenan Yıldıza 10 nömrəli forma verilibsə və o bunu istəyirsə, bu, Kənanın xarakter sahibi olduğunu göstərir. O, “Juventus”un və onun xeyrinədir. Sizə uğurlar arzulayıram” dedi.

Platini həmçinin, “Mənim kimi 10 nömrə yaradıcı olmalıdır. O, Bellingham, Zidane, Messi kimi adlardan ilham almalıdır. Özümü deyə bilmərəm, çünki o, məni oynadığımı görməyib” dedi.

Jose Mourinho haqqında danışan Platini, “Etiraf edirəm ki, onun şəxsiyyətinə ehtiram var. Mən Portonu həqiqətən sevirdim, yaxşı və ya pis hər zaman şəxsiyyətinə sadiq qalıb. O, futbol üçün yaxşı işlər görmüş bir şəxsiyyətdir”.

Bahar Rüstəm