Əfsanəvi məşqçi Sven-Goran Erikssonun dəfn mərasimi keçirilib

Bakı, 13 sentyabr, Sporaz.tv


Sven-Goran Erikssonun dəfn mərasimi keçirilib.

Sporaz.tv xəbər verir ki, ötən ay dünyasını dəyişən əfsanəvi məşqçi üçün ölkəsində dəfn mərasimi keçirilib.

Dəfn mərasimində keçmiş məşhur futbolçu Devid Bekhem də iştirak edib. Avqustun 26-da dünyasını dəyişən isveçli məşqçinin 76 yaşı var idi. Ölümündən əvvəl Eriksona son mərhələdə xərçəng diaqnozu qoyulub.

Daha əvvəl Benfica, Roma, FiorentinaLazio və Manchester City (Mançester Siti) kimi Avropanın önəmli komandalarını çalışdıran isveçli məşqçi, İngiltərə, Meksika, Fil Dişi Sahili və Filippin milli komandalarda da fəaliyyət göstərib.

Sven-Goran Eriksson İngiltərə milli komandasına rəhbərlik edən ilk əcnəbi olub.

Leave a Reply