“EFA” kubok qaldırdı

Bakı,10 may, Sporaz.tv

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 iliyinə həsr olunan futbol turniri keçirilib.

Sporaz.tv  xəbər verir ki, Bakı şəhərinin müxtəlif rayon, kənd və qəsəbələrində seçilən 6 komanda arasında yarış keçirilib.

İştirak edən komandalar:

“Binə”FK, “Zirə”FK, “Trazbonspor Azərbaycan”, “Talant”FK, “EFA“, “Zəfər”PFK

2014/2015 təvəllüdlü uşaqlar arasında keçirilən futbol turnirinin məqsədi, uşaqlar arasında futbolun təbliği və futbola marağın artırılmasıdır.

Yarışın final mərhələsində “EFA”-“Binə”Fk komandaları qarşılaşıb. “EFA”-“Binə”FK-nı 7-4 hesabı ilə məğlub edib.

Vüqar ALIŞOV