“EFA”-“Boyat FK” arasında yoldaşlıq oyunu keçirilib

Bakı,18 may, Sporaz.tv

EFA akademiyası “sərhədsiz futbol” anlayışı ilə yola çıxaraq Neftçala rayonunun Boyat kənd futbol klubu ilə yoldaşlıq görüşü keçirib.

Sporaz.tv  xəbər verir ki, görüş “EFA”-nın qələbəsi ilə başa çatıb.

“EFA” futbol klubunun rəhbəri Vüsal Mustafayev açıqlamasında uşaq futbolunun inkişafı üçün bu cür təkliflərə açıq olduğunu bildirib. Eyni zamanda O, bu tip lahiyələrin zərurətindən danışıb.

“Boyat FK”nın rəhbəri Murad Hidayətzadə bildirib ki, “Yaşıl meydanda ilk dəfə oyuna çıxırdıq, bu bizim üçün böyük təcrübə oldu. Rəqib komanda təvazökarlıq göstərdiyi üçün öz təşəkkürümüzü bildiririk”.

Ümumilikdə hər iki klub rəhbərləri bildiriblər ki, bu cür oyunların təşkil olunması bölgə futbolunun inkişafına təkan verəcək, istedadlı gənclərin önə çıxarılmasına kömək olacaq.

Video:

Vüqar ALIŞOV