Edin Terzicdən Altınorduya səfər

Bakı, 9 iyul, Sporaz.tv

Borussia Dortmund” ilə böyük uğur qazanan Edin Terzic TFF 2-ci Liqa komandalarından “Altınordu“nun qonağı olub.

Sporaz.tv xəbər verir ki, təcrübəli məşqçi prezident Seyit Mehmet Özkan və “Altınordu FK” baş məşqçisi Olcay Şahanla bir araya gələrək fikir mübadiləsi aparıb.

2021-ci ildə Almaniyanın “Borussia Dortmund” komandası ilə Almaniya kubokunu qazanan Terzic 2022-23 mövsümündə liqa çempionluğunu son həftədə “Bayern Munich”ə uduzub. Təcrübəli məşqçinin rəhbərliyi altında ötən mövsüm UEFA Çempionlar Liqasının finalına yüksələn Almaniya komandası “Real Madrid”ə 2:0 hesabı ilə məğlub olub.

Altınordu U-11 Komandası İzmir birincisi oldu. “Altınordu” U-11 Komandası U11 İzmir Liqası 1-ci Qrupda birinci oldu. “Altınordu” gəncləri liqanın bitməsinə bir həftə qalmış “Göztepe”ni 1:0 hesabı ilə məğlub etdikləri matçla liqanı lider olaraq bitirməyi təmin etdi.

Bahar Rüstəm