“Edin Dzeko”ya rekord təklif

Bakı, 10 iyul, Sporaz.tv

Hajduk Split Fenerbahçe“də gələcəyi maraq doğuran Edin Dzekoda israr etməyə davam edir. Xorvatiya yığmasının tarixində unikal müqavilə ilə Dzekonun qapısını döyəcəyi iddia edilirdi.

Sporaz.tv məlumat verir ki, Fenerbahçeilə daha bir il müqaviləsi olan Edin Dzeko ilə bağlı diqqəti çəkən transfer iddiası ortaya atılıb.

Sarı-göylərlilərdən ildə 4,5 milyon avro qazanacağı bildirilən Dzeko üçün Xorvatiyanın “Hajduk Split” komandasının tarixi təklif edə biləcəyi bildirilib.

Tportalda yer alan xəbərə görə, Hajduk Split Edin Dzekoya 2 illik 4 milyon avroluq müqavilə təklif etməyə hazırlaşır.

Dzeko bu müqaviləni qəbul etsə, klub tarixində ən yüksək müqaviləyə malik olan ad olacaq.

Transferin “Hajduk Split”lə “Fenerbahçe” arasında keçiriləcək yoldaşlıq oyunundan sonra dəqiqləşə biləcəyi irəli sürülüb.

Edin Dzeko ötən mövsüm “Fenerbahçe”nin heyətində 46 matçda forma geyinib.

Bosniya və Herseqovinadan olan mərkəz hücumçusu bu matçlarda 25 qol vurub, 10 məhsuldar ötürmə edib.