Edin Dzekonun qol vurduğu matçda Hollandiya fərqlənib

Bakı, 8 sentyabr, Sporaz.tv

Hollandiya UEFA Millətlər Liqasında ev sahibliyi etdiyi Bosniya və Herseqovinanı 5:2 hesabı ilə məğlub edib. “Fenerbahçe”nin mərkəz hücumçusu Edin Dzekonun vurduğu qol Bosniya və Herseqovinanı fərqli məğlubiyyətdən xilas etməyə kifayət etməyib.

Sporaz.tv xəbər verir ki, UEFA Millətlər A Liqasının 3-cü qrupunda Hollandiya Bosniya və Herseqovinanı qəbul edib. “Philips” stadionunda keçirilən görüşdə meydan sahibləri 5:2 hesabı ilə qalib gəlib.

Hollandiyaya qələbə qazandıran qollar 13-cü dəqiqədə Joshua Zirkzee olub, 45+2. 56-cı dəqiqədə Tijjani Reijnders, 56-cı dəqiqədə Kodi Qakpo, 88-ci dəqiqədə “Beşiktaş”ın sabiq futbolçusu Wout Weghorst və 90+2-ci dəqiqədə Xavi Simons fərqlənib.

26-cı dəqiqədə Ermedin Demirovic və 73-cü dəqiqədə Fənərbaxçanın mərkəz hücumçusu Edin Dzekonun vurduğu qollar Bosniya və Herseqovina üçün kifayət etməyib. İlk 11-də başladığı matçda Dzeko 90 dəqiqə meydanda olub.

46-cı dəqiqədə Benjamin Tahirovicin yerinə “Fenerbahçe”dən bir müddət əvvəl “Srvena Zvezda”ya transfer olunan Rade Krunic oyuna daxil olub. Matçda əvəzedici qismində “Antalyaspor”un qapıçısı Kenan Piric və “Rizespor”un yarımmüdafiəçisi Dal Varesanovic gözləyib.

Millətlər Liqasına 3 xalla başlayan Hollandiya top fərqinə görə Almaniyadan sonra 3-cü qrupda 2-ci olub. Xalı olmayan Bosniya və Herseqovina isə 3-cü yerdədir.

3-cü qrupun ikinci oyunlarında Hollandiya – Almaniya və Macarıstan – Bosniya və Herseqovina yarışları sentyabrın 10-da keçiriləcək.

Bahar Rüstəm

Leave a Reply