Edin Dzeko Türkiyə futbolu tarixinə düşüb

Bakı, 24 iyul, Sporaz.tv

Edin Dzeko Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında “Lugano“nu 4-3 hesabı ilə məğlub edən “Fenerbahçe“yə het-tik vuraraq matça damğasını vurdu. Təcrübəli hücumçu bu uğuru ilə Türkiyə futbol tarixinə düşüb.

Sporaz.tv xəbər verir ki, “Fenerbahçe” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin ilk matçında Edin Dzeko (3) və Ferdi Kadıoğlunun qolları ilə “Lugano”nu məğlub edib. Qarşılaşmada het-trik edən Dzeko ilkə imza atıb.

Opta məlumatlarına görə, Edin Dzeko (38 yaş 128 gün) Shabani Nondanı (32 yaş, 2009-cu ildə “Galatasaray” forması ilə) geridə qoyaraq, avrokuboklar tarixində türk komandası üçün het-trik edən ən yaşlı oyunçu oldu.

Bahar Rüstəm