Edin Dzeko karyerası ilə bağlı son qərarını açıqladı

Bakı, 27 may, Sporaz.tv

Superliqanın 38-ci və son həftəsində “Fenerbahçe” öz meydanında “İstanbulspor”u 6:0 hesabı ilə məğlub edib. Qarşılaşmadan sonra “Fenerbahçe”da mövsümə damğasını vuran hücumçu Edin Dzeko karyerası ilə bağlı açıqlama verib.

Sporaz.tv xəbər verir ki, 2023-2024 mövsümünün son həftəsində “İstanbulspor”u 6:0 hesabı ilə məğlub edən “Fenerbahçe” Super Liqanı 2-ci pillədə başa vurub. “Sarı-göylülər”in heyətində mövsümün ən yaxşı futbolçularından olan Edin Dzeko matçdan sonra açıqlama verib.

Bonuccinin futbolu buraxmaq qərarı və belə bir fikrin olub-olmaması ilə bağlı suala isə Dzeko, Hazırda təqaüd haqqında düşünmürəm. Leonardo Bonucci əla futbolçudur. Azarkeşlər də onun bu böyük cəmiyyətdə futbolla vidalaşması ilə fəxr edirdilər. Belə böyük oyunçunun burada bitirməsi vacibdir”.

Edin Dzeko qaçırılan çempionatla bağlı bunları deyib:”Çempion ola bilmədiyimiz üçün çox təəssüflənirik. 99 xal topladıq, amma çempion ola bilmədik! Bu, inanılmaz vəziyyətdir, ömürdə bir dəfə ola bilər. Biz vaxtı geri qaytara bilmərik… Azarkeşlərimiz matçın sonunda bizi dəstəklədilər, bu, əslində bizim üçün çox böyük hörmət deməkdir. Onların nə istədiklərini gördük. Kuboku qazana bilmədik, amma mövsüm boyu göstərdiyimiz performansa görə bizi qiymətləndirdilər. Hər şeyi etdik, amma buna baxmayaraq. Qazandığımız 99 xala baxmayaraq kuboku qazana bilmədik”.

Bahar Rüstəm