Ed Sheeran uşaqlıq komandasının səhmdarı olur

Bakı, 16 avqust, Sporaz.tv

Premyer Liqanın bu gün start götürən yeni komandası “Ipswich Town” yeni mövsümə məşhur investorla daxil olur. Britaniyalı musiqiçi Ed Sheeran dəstəklədiyi klubun ortağı olub.

Sporaz.tv xəbər verir ki, Premyer Liqa komandalarından biri olan “Ipswich Town” mərasimdə yeni investorunu təqdim edib.

16 Grammy mükafatının qalibi Ed Sheeran uşaqlıqdan pərəstişkarı olduğu kluba tərəfdaş kimi qoşulub. Səhmlərin 2 faizini alan 33 yaşlı musiqiçi direktorlar şurasına daxil olmaqdan imtina edib. Bu məsələ ilə bağlı azarkeşlərə zəng edən Ed Sheeran, “Xahiş edirəm, mənə sosial mediada transfer təklifi verməyin. Mən ancaq kluba dəstək olmaq üçün səhmlər almışam. Veriləcək qərarlara qarışmayacağam” deyib.

“Ipswich Town” 22 ildən sonra bu mövsüm Premyer Liqada mübarizə aparacaq.

Bahar Rüstəm