Dzeko yoxsa Batshuayi ?

Bakı,3 may, Sporaz.tv

“Fenerbahçe”(Fənərbaxça)da TÜMOSAN Konyaspor matçının hazırlıqları davam edir. Gərgin mübarizədə İsmayıl Kartalın forvard formasını kimə verəcəyi hələlik bəlli deyil.

Sporaz.tv  xəbər verir ki, Trendyol Super Liqasının XXXV həftəsində “Fənərbaxça” “TÜMOSAN Konyaspor”un qonağı olacaq. Sarı-göylülər kritik qarşılaşma öncəsi hazırlıqlarını davam etdirir.

Baş məşqçi İsmail Kartalın bu matçda forvard mövqeyinə şans verəcəyi ad hələ dəqiqləşməyib. Beşiktaş derbisinə 11-də başlayan və tora imza atan Michy Batshuayi ilə Edin Dzeko arasında forma yarışması var.

Michy Batshuayi bu mövsüm 23 qolla komandanın ikinci bombardiridir. Belçikalı hücumçunun ön xəttdəki təzyiqi, cərimə meydançasında finişi və derbi performansı səbəbindən taktiki məşqdə sınaqdan keçirildiyi öyrənilib.

Edin Dzeko “Beşiktaş”la derbidə əvəzedici kimi meydana çıxıb və gərgin oyunda dincəlmək imkanı qazanıb. Təcrübəli mərkəz hücumçusu bu mövsüm 24 qol və 7 məhsuldar ötürmə ilə birbaşa 31 qola töhfə verərək, “Fenerbahçe”(Fənərbaxça)nın hücumda ən böyük güclərindən birinə çevrildi.

Vüqar Alışov