Dursun Özbek yenidən “Galatasaray”ın prezidenti seçilib

Bakı, 25 may, Sporaz.tv

Galatasaray” klubunun 104-cü dövr rəhbərliyinin müəyyənləşdiyi ümumi qurultayda səslərin hesablanması tamamlanarkən, Dursuln Özbek yenidən prezident seçilib. Seçkidə qalib gələn Özbek klub tarixində 3 mini keçən ilk prezident oldu.

Sporaz.tv xəbər verir ki, “Galatasaray” Liseyində 2 namizədlə keçirilən ümumi 20 sandıqda 4 min 410 üzv səs verdi. Seçki qutularının sayılması saat 15:00-da bağlanıb.

Prezidentliyə namizədlərdən Dursun Özbek 19-cu qutuda 201, sonuncu qutuda isə 199 səs toplayıb. Rəqibi Süheyl Batum 19-cu qutuda 47, sonuncu qutuda isə 53 səs toplayıb.

Yarışda başdan sona liderlik edən Dursun Özbek cəmi 3 min 343 səslə prezident seçilib. Seçki yarışında digər namizəd Süheyl Batum isə 955 səs toplayıb.

Vüqar ALIŞOV