Dursun Özbek Barış Alper Yılmazın 25 milyon avroluq iddialarına açıq cavab

Bakı, 25 sentyabr, Sporaz.tv

Galatasaray“(Qalatasaray) klubunun prezidenti Dursun Özbek, Barış Alper Yılmazla bağlı transfer xəbərlərinə cavab verib. Dursun Özbek, Barış Alper Yılmaz xəbəri ilə bağlı açıq ifadələr işlədib.

Sporaz.tv məlumat verir ki, “Galatasaray”-ın prezidenti Dursun Özbek, açıqlamasında Barış Alper Yılmazın transfer iddialarına da toxunub.

Dursun Özbek, Barış Alper Yılmazla bağlı xəbərləri təkzib edib. “Barış Alper üçün təklif almadıq” dedi və belə davam etdi:

“Barış Alper Yılmaz üçün 25 milyon avroluq təklif olduğu iddiası doğru deyil”.

Kerem Aktürkoğlunun “Benfica“-ya keçidi ilə bağlı danışan Özbek, bunları deyib:

“Kerem üçün Moskvanın “Spartak”-ından təklif gəldi, amma dedi ki, “ora getməyəcəyəm, məşqçi”. Son anda “Benfica”-dan təklif gəldi. “Galatasaray”-a xidmət etmiş futbolçuya mane olmazdıq. Ona görə bizdə onun yolunu açmağa çalışdıq”.

Leave a Reply