Dünyanın ən yaşlı futbolçusu icarəyə göndərilib

Bakı, 10 iyul, Sporaz.tv

57 yaşlı peşəkar futbolçu Kazuyoshi Miura Yaponiyanın 4-cü Liqa komandalarından olan “Atletico Suzuka”ya icarəyə verilib.

Sporaz.tv məlumat verir ki, dünyanın ən yaşlı peşəkar futbolçusu Kazuyoshi Miura Yaponiyanın 4-cü Liqa komandasında oynayır.

O, “Atletico Suzuka” ilə anlaşıb.

57 yaşlı yaponiyalı mərkəz hücumçunun 2-ci Liqa təmsilçisi “Yokohama FK”dan 1 illik icarəyə götürüldüyü açıqlanıb.

Futbolçu karyerasına 1982-ci ildə başlayan Kazuyoshi Miura Yaponiyadan kənarda Braziliya, İtaliya, Xorvatiya, Avstraliya və Portuqaliya komandalarında çıxış edib.