Dünyanın ən maraqlı idman yarışı

Bakı,20 aprel,Sporaz.tv

Dünyanın qeyri-adi idman növünün yaradıcısı Nara Arlin adlı Finlandiyalı idmançı hesab olunur.

Sporaz xəbər verir ki,2022-ci ildə Finlandiyada at başlı dərnəyin təşkil olunması ilə meydana gəlmiş bu idman yarışı ilk başlarda az insan tərəfindən tanınsada günümüzdə böyük rəğbət görməyə başlayıb.

İllərdir insanlar tərəfindən gülməli qarşılanan oyun növü Nara üçün bir hobbiyə çevrilmişdi və dəfələrlə birincilik əldə etmişdir.

Burada insanlar taxtadan və ya dəyənəkdən hazırlanmış atlara minərək yüksəklik üzərindən atlamaq kimi müxtəlif hərəkətləri təqlid edirlər. Oyuna verilmiş əsas tələb isə müəyyən vaxt ərzində göstərilən maneələri aşmaqdır.

Hobbi atçılığı rəsmi qurumlar tərəfindən tanınmasada bir çox ölkədə qeyri rəsmi yarışları keçirilir.

Qeyd edək ki, hər il Finlandiyada təşkil olunan oyuna 17 ölkədən 300 nəfər qatılır.