Dünyanın ən dəyərli 4-cü hücumçusu Osimhen “Galatasaray”da

Bakı, 3 sentyabr, Sporaz.tv

Galatasaray” sürpriz addımla “Napoli”də çıxış edən dünya şöhrətli hücumçusu Victor Osimheni heyətinə qatıb. “Sarı-qırmızılılar” üçün İstanbula gələn nigeriyalı mərkəz hücumçusu dünyanın ən dəyərli 4-cü qolçusudur.

Sporaz.tv xəbər verir ki, “Galatasaray” “Napoli”nin ulduz hücumçusu Victor Osimheni icarəyə götürüb. “Galatasaray”la əl sıxan Viktor Osimhen gecə saatlarında İstanbula gəlib.

Nigeriyalı mərkəz hücumçusu bazar dəyəri ilə dünyanın aparıcı hücumçuları sırasındadır. 180 milyon avro dəyərində olan Erling Haaaland və Kylian Mbappe dünyanın ən dəyərli 2 mərkəz hücumçusu sırasındadır. “İnter”də çıxış edən Lautaro Martinez 110 milyon avro ilə 3-cü, Osimhen isə 100 milyon avro ilə 4-cü pillədə qərarlaşıb.

Osimhen “Napoli” karyerasında ümumilikdə 133 oyun keçirib. 25 yaşlı futbolçu bu matçlarda 76 qol vurub, 18 məhsuldar ötürmə edib.

Bahar Rüstəm