Dünyanın ən çox qol atan 3-cü qapıcısı

Bakı,14 iyun,Sporaz.tv

Dimitar İvankov qapıda divar, hücumda qolçu bir qoruyucu idi. Super Liqa qapıçıları arasında ən çox qol atan ad olaraq tarixə düşdü.

Penalti atışları ən azı qurtarışları qədər bacarıqlı idi. Bulqar oyunçu ölkəsində Levski Sofia altliqasında yetişdi. 10 sezonluq A komanda günlərində bitirici penalti vuruşları ilə diqqət çəkdi.

Kayserispor 250 min avro bonservislə Türkiyəyə gətirdi. Sarı-qırmızılı komandada 3 sezonda 6 qol atdı. Türkiyə kubokunun qazanıldığı sezon, penaltilərdə 2 qol atıb, 4 qurtarış edərək, kubokun qəhrəmanı oldu.

2008- ci ilin yazında “Bursaspor” forması geyindi. İkinci sezonunda timsahların çempıonluğuna 4 qol və onlarca qurtarışla dəstək oldu. Çempionlar Liqasında “Bursaspor”-un qapısını qorudu. Yaşıl-ağlar da ümumi 7 qol atıb.

36 yaşında Türkiyədən ayrılaraq, futbolu Kıbrıs komandası “Anorthosis“-də buraxdı. Karyerasında ümumi 42 qol ataraq, dünyanın ən çox qol atan 3-cü qapıçısı adını qazanıb. Futbolla son təması 2019-cu ildə, yuvası Levski Sofiada qapıçı meşqçiliyi ilə olub.

Bahar Rüstəm