Dünya şöhrətli hücumçulardan AVRO 2024-də zəif performans

Bakı, 15 iyul, Sporaz.tv

AVRO 2024-də dünyaca məşhur hücumçular gözləntilərdən xeyli aşağı idi. Klub komandalarında 15 və daha çox qol vuraraq turnirə gələn 42 futbolçudan 28-i çempionatdan boş keçib.

Sporaz.tv xəbər verir ki, AVRO 2024-də ulduz hücumçular komandalarının və azarkeşlərinin qol gözləntilərini doğrulda bilmədilər. Almaniyanın ev sahibliyi etdiyi AVRO 2024-də 24 komanda dörd nəfərdən ibarət 6 qrupda mübarizə aparıb. İspaniyanın finalda İngiltərəni 2-1 məğlub edərək çempionluq qazandığı turnirdə ümumilikdə 51 matçda 117 qol vurulub. Klub komandalarında 15 və daha çox qol vuraraq turnirə gələn 42 futbolçu həm komandalarının, həm də futbolsevərlərin ən böyük qol ümidinə çevrilib. Lakin bu futbolçulardan 28-i çempionatı boş keçməklə məyus olub. Digər 14 oyunçu isə ümumilikdə 20 dəfə tora daxil ola bilib.

Fransanın ulduz futbolçusu Kylian Mbappe AVRO-2024-ü bir qolla bağlayıb. “Paris Saint-Germain”də mövsümü 44 qolla tamamlayan Mbappe turnirə fransızların ən böyük qol ümidi kimi gəlib. Avstriya ilə ilk oyunda burnu qırılan ulduz futbolçu qalan matçları maska ​​ilə keçirməli olub. Qol baxımından gözləntiləri doğrulda bilməyən Mbappe qrup mərhələsində yeganə qolunu penaltidən vurub.

Klub komandalarından yaxşı formada gələn futbolçular arasında bombardiri ingilis Harry Kane olub. Almaniyanın “Bayern Munich” komandasında mövsümü 44 qolla başa vuran Harry Kane AVRO-2024-də 3 qol vuraraq sözügedən oyunçular arasında ən çox qol vuran futbolçu kimi diqqət çəkib.

Portuqaliyanın əfsanəvi futbolçusu Cristiano Ronaldo AVRO-2024-ü buraxıb. Karyerasının altıncı Avropa çempionatında mübarizə aparan 39 yaşlı ulduz futbolçu Səudiyyə Ərəbistanı komandalarından olan “Al-Nassr”ın forması altında 44 qol vuraraq turnirə gəlib. Ulduz hücumçu AVRO-2024-də 5 qarşılaşmada ümumilikdə 486 dəqiqə meydanda qalsa da, rəqib qapısına yol tapa bilməyib. Sloveniya ilə son 16 tur matçının uzatma dəqiqələrində istifadə etdiyi penaltidən yararlana bilməyən Ronaldo çox üzülüb.

Mövsümü 15 və ya daha çox qolla başa vuran klub komandalarının futbolçularının 2024-cü il Avropa çempionatında çıxışı belədir:

ÖlkəKomandaOyunçuklub matçıklub
qolu
AVRO 2024 matçAVRO 2024 qolDəqiqə
PortuqaliyaAl-NassrCristiano Ronaldo454450486
FransaPSGKylian Mbappe484451464
İngiltərəBayern MünihHarry Kane454473605
SerbiyaAl-HilalAleksandar Mitrovic444030241
BelçikaLeipzigLois Openda45283070
İngiltərəManchester CityPhil Foden532770622
İngiltərəChelseaCole Palmer482751144
İngiltərəAston VillaOllie Watkins53273159
DanimarkaClub BruggeSkov Olsen502630122
PolşaBarcelonaRobert Lewandowski492621120
UkraynaGironaArtem Dovbyk412530247
FransaAtletico MadridAntoine Griezmann482460393
İngiltərəReal MadridJude Bellingham422372671
AlbaniyaSivassporRey Manaj362230156
HollandiyaAjaxBrian Brobbey4322101
SerbiyaSparta PragVeljko Birmancevic48222025
BelçikaRomaRomelu Lukaku472140359
DanimarkaAnderlechtAndres Dreyer3921000
İspanyaAtletico MadridAlvaro Morata482171454
İngiltərəWest HamJarrod Bowen44202035
İngiltərəArsenalBukayo Saka472071635
AlmanyaStuttgartDeniz Undav3319106
İtalyaAtalantaGianluca Scamacca441940252
XorvatiyaOsasunaAnte Budimir381830122
SerbiyaJuventusDusan Vlahovic381830177
SloveniyaLeipzigBenjamin Sesko421840360
AlmanyaBayer LeverkusenFlorian Wirtz491852281
BelçikaArsenalLeandro Trossard461730170
FransaMilanOlivier Giroud47174056
İspanyaReal MadridJoselu49172089
XorvatiyaHoffenheimAndrej Kramaric311731245
PolşaBaşakşehirKrzysztof Piatek36171160
AlmanyaHoffenheimMaximilian Beier35161025
DanimarkaManchester UnitedRasmus Hojlund431640290
SlovakiyaSparta PragLukas Haraslin441640268
PolşaAntalyasporAdam Buksa351621150
AlmanyaBorussia DortmundNiclas Fillkrug461652162
DanimarkaAnderlechtKasper Dolberg42152038
FransaInterMarcus Thuram461540261
PortuqaliyaMilanRafael Leao471540289
PortuqaliyaLiverpoolDiego Jota32153097
HollandiyaBorussia DortmundDonyell Malen381542190

Bahar Rüstəm