Bakı, 15 iyul, Sporaz.tv
AVRO 2024-də dünyaca məşhur hücumçular gözləntilərdən xeyli aşağı idi. Klub komandalarında 15 və daha çox qol vuraraq turnirə gələn 42 futbolçudan 28-i çempionatdan boş keçib.
Sporaz.tv xəbər verir ki, AVRO 2024-də ulduz hücumçular komandalarının və azarkeşlərinin qol gözləntilərini doğrulda bilmədilər. Almaniyanın ev sahibliyi etdiyi AVRO 2024-də 24 komanda dörd nəfərdən ibarət 6 qrupda mübarizə aparıb. İspaniyanın finalda İngiltərəni 2-1 məğlub edərək çempionluq qazandığı turnirdə ümumilikdə 51 matçda 117 qol vurulub. Klub komandalarında 15 və daha çox qol vuraraq turnirə gələn 42 futbolçu həm komandalarının, həm də futbolsevərlərin ən böyük qol ümidinə çevrilib. Lakin bu futbolçulardan 28-i çempionatı boş keçməklə məyus olub. Digər 14 oyunçu isə ümumilikdə 20 dəfə tora daxil ola bilib.
Fransanın ulduz futbolçusu Kylian Mbappe AVRO-2024-ü bir qolla bağlayıb. “Paris Saint-Germain”də mövsümü 44 qolla tamamlayan Mbappe turnirə fransızların ən böyük qol ümidi kimi gəlib. Avstriya ilə ilk oyunda burnu qırılan ulduz futbolçu qalan matçları maska ilə keçirməli olub. Qol baxımından gözləntiləri doğrulda bilməyən Mbappe qrup mərhələsində yeganə qolunu penaltidən vurub.
Klub komandalarından yaxşı formada gələn futbolçular arasında bombardiri ingilis Harry Kane olub. Almaniyanın “Bayern Munich” komandasında mövsümü 44 qolla başa vuran Harry Kane AVRO-2024-də 3 qol vuraraq sözügedən oyunçular arasında ən çox qol vuran futbolçu kimi diqqət çəkib.
Portuqaliyanın əfsanəvi futbolçusu Cristiano Ronaldo AVRO-2024-ü buraxıb. Karyerasının altıncı Avropa çempionatında mübarizə aparan 39 yaşlı ulduz futbolçu Səudiyyə Ərəbistanı komandalarından olan “Al-Nassr”ın forması altında 44 qol vuraraq turnirə gəlib. Ulduz hücumçu AVRO-2024-də 5 qarşılaşmada ümumilikdə 486 dəqiqə meydanda qalsa da, rəqib qapısına yol tapa bilməyib. Sloveniya ilə son 16 tur matçının uzatma dəqiqələrində istifadə etdiyi penaltidən yararlana bilməyən Ronaldo çox üzülüb.
Mövsümü 15 və ya daha çox qolla başa vuran klub komandalarının futbolçularının 2024-cü il Avropa çempionatında çıxışı belədir:
Ölkə | Komanda | Oyunçu | klub matçı | klub qolu | AVRO 2024 matç | AVRO 2024 qol | Dəqiqə |
Portuqaliya | Al-Nassr | Cristiano Ronaldo | 45 | 44 | 5 | 0 | 486 |
Fransa | PSG | Kylian Mbappe | 48 | 44 | 5 | 1 | 464 |
İngiltərə | Bayern Münih | Harry Kane | 45 | 44 | 7 | 3 | 605 |
Serbiya | Al-Hilal | Aleksandar Mitrovic | 44 | 40 | 3 | 0 | 241 |
Belçika | Leipzig | Lois Openda | 45 | 28 | 3 | 0 | 70 |
İngiltərə | Manchester City | Phil Foden | 53 | 27 | 7 | 0 | 622 |
İngiltərə | Chelsea | Cole Palmer | 48 | 27 | 5 | 1 | 144 |
İngiltərə | Aston Villa | Ollie Watkins | 53 | 27 | 3 | 1 | 59 |
Danimarka | Club Brugge | Skov Olsen | 50 | 26 | 3 | 0 | 122 |
Polşa | Barcelona | Robert Lewandowski | 49 | 26 | 2 | 1 | 120 |
Ukrayna | Girona | Artem Dovbyk | 41 | 25 | 3 | 0 | 247 |
Fransa | Atletico Madrid | Antoine Griezmann | 48 | 24 | 6 | 0 | 393 |
İngiltərə | Real Madrid | Jude Bellingham | 42 | 23 | 7 | 2 | 671 |
Albaniya | Sivasspor | Rey Manaj | 36 | 22 | 3 | 0 | 156 |
Hollandiya | Ajax | Brian Brobbey | 43 | 22 | 1 | 0 | 1 |
Serbiya | Sparta Prag | Veljko Birmancevic | 48 | 22 | 2 | 0 | 25 |
Belçika | Roma | Romelu Lukaku | 47 | 21 | 4 | 0 | 359 |
Danimarka | Anderlecht | Andres Dreyer | 39 | 21 | 0 | 0 | 0 |
İspanya | Atletico Madrid | Alvaro Morata | 48 | 21 | 7 | 1 | 454 |
İngiltərə | West Ham | Jarrod Bowen | 44 | 20 | 2 | 0 | 35 |
İngiltərə | Arsenal | Bukayo Saka | 47 | 20 | 7 | 1 | 635 |
Almanya | Stuttgart | Deniz Undav | 33 | 19 | 1 | 0 | 6 |
İtalya | Atalanta | Gianluca Scamacca | 44 | 19 | 4 | 0 | 252 |
Xorvatiya | Osasuna | Ante Budimir | 38 | 18 | 3 | 0 | 122 |
Serbiya | Juventus | Dusan Vlahovic | 38 | 18 | 3 | 0 | 177 |
Sloveniya | Leipzig | Benjamin Sesko | 42 | 18 | 4 | 0 | 360 |
Almanya | Bayer Leverkusen | Florian Wirtz | 49 | 18 | 5 | 2 | 281 |
Belçika | Arsenal | Leandro Trossard | 46 | 17 | 3 | 0 | 170 |
Fransa | Milan | Olivier Giroud | 47 | 17 | 4 | 0 | 56 |
İspanya | Real Madrid | Joselu | 49 | 17 | 2 | 0 | 89 |
Xorvatiya | Hoffenheim | Andrej Kramaric | 31 | 17 | 3 | 1 | 245 |
Polşa | Başakşehir | Krzysztof Piatek | 36 | 17 | 1 | 1 | 60 |
Almanya | Hoffenheim | Maximilian Beier | 35 | 16 | 1 | 0 | 25 |
Danimarka | Manchester United | Rasmus Hojlund | 43 | 16 | 4 | 0 | 290 |
Slovakiya | Sparta Prag | Lukas Haraslin | 44 | 16 | 4 | 0 | 268 |
Polşa | Antalyaspor | Adam Buksa | 35 | 16 | 2 | 1 | 150 |
Almanya | Borussia Dortmund | Niclas Fillkrug | 46 | 16 | 5 | 2 | 162 |
Danimarka | Anderlecht | Kasper Dolberg | 42 | 15 | 2 | 0 | 38 |
Fransa | Inter | Marcus Thuram | 46 | 15 | 4 | 0 | 261 |
Portuqaliya | Milan | Rafael Leao | 47 | 15 | 4 | 0 | 289 |
Portuqaliya | Liverpool | Diego Jota | 32 | 15 | 3 | 0 | 97 |
Hollandiya | Borussia Dortmund | Donyell Malen | 38 | 15 | 4 | 2 | 190 |
Bahar Rüstəm