Dünya nəhəngi Barış Alper Yılmaz üçün rekord transfer

Bakı, 22 iyul, Sporaz.tv

Galatasaray“dakı uğurlu mövsümün ardından AVRO-2024-dəki performansı ilə parlayan Barış Alper Yılmazla “Liverpool“un maraqlandığı iddia edilib. İngiltərə komandasının bu transfer üçün Super Liqa tarixinə düşəcək transfer haqqını ödəməyə hazır olduğu bildirilir.

Sporaz.tv məlumat verir ki, “Galatasaray”da bir çox vəzifələrdə qazandığı uğurlu mövsümdən sonra Avropa nəhənglərinin radarına düşən Barış Alper Yılmaz AVRO-2024-də dəyərini artırıb.

Transfermarkt məlumatlarına görə, Barış Alper Yılmaz AVRO-2024-dən sonra dəyərini 3 milyon avro artıraraq, bazar dəyərini 20 milyon avroya çatdırıb.

“Liverpool”, “Aston Villa“, “West Ham United“, “Brighton” və “Borussia Dortmund” kimi klublarında da adı hallanan Barış Alper Yılmazla ciddi maraqlandığı bildirilib.

İngiltərə nəhənginin bu transfer üçün 30 milyon avronu qurban verməyə hazır olduğu bildirilir.

Barış Alper Yılmaz ötən mövsüm “Galatasaray”ın heyətində 55 oyun keçirib.

24 yaşlı futbolçu bu matçlarda 7 qol vurub, 12 məhsuldar ötürmə edib.