Dünya mətbuatı “Galatasaray” – “Young Boys” matçından bəhs edir

Bakı, 28 avqust, Sporaz.tv

Galatasaray“ın Çempionlar Liqasında “Young Boys“la mübarizədən kənarlaşdırıldığı matç dünya mətbuatında böyük əks-səda yaratdı. Bir çox ölkələr, xüsusən də İsveçrə mətbuatı “Young Boys”un qələbəsindən danışırdı. Musleranın aldığı qırmızı vərəqə də gecənin diqqət çəkən məqamlarından biri olub.

Sporaz.tv xəbər verir ki, “Galatasaray”ın Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə “Young Boys”a 1:0 hesabı ilə uduzduğu və turnirlə vidalaşdığı matç dünya mətbuatında böyük əks-səda doğurub. “Young Boys”un qələbəsi başda İsveçrə mətbuatında öz əksini tapıb:

RTS: Qəhrəman “Young Boys” “Galatasaray”ı susdurdu.

Letemps: “Young Boys” klub tarixinin ən böyük uğurlarından birinə nail olub, “Galatasaray”ı mübarizədən kənarlaşdırdı və Rams Parkdakı alovu söndürdü.

Lematin: “Young Boys” “Galatasaray”ı mübarizədən kənarlaşdıraraq 4-cü dəfə Çempionlar Liqasına vəsiqə qazandı.

Watson: “Young Boys” vulkanik İstanbul stadionunu söndürməyi bacardı.

TIO: “Young Boys” “Galatasaray”ı ram etdi və Çempionlar Liqasına yüksəldi.

El Mundo Deportivo: “Young Boys”, “Galatasaray”ı mübarizədən kənarlaşdırdı və Türkiyə futbolunu Çempionlar Liqasından uzaqlaşdırdı.

La Gazetta dello Sport: Çempionlar Liqasında sürpriz: İcardinin “Galatasaray” komandası “Young Boys” tərəfindən mübarizədən kənarlaşdırıldı.

El Observador: Fernando Muslera “Young Boys” matçında rəqibə pis təpik vurdu və dərhal qırmızı vərəqə ilə cəzalandırıldı.

CBS Sports: Türkiyədə çılğınlıq! Muslera qoldan sonra Virginiusu təpikləyib və qırmızı vərəqə alıb.

Bahar Rüstəm