Bakı, 9 oktyabr, Sporaz.tv
Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyanın Mali Loşin şəhərində təşkil olunan dünya çempionatının qrup mərhələsində son oyununa çıxıb.
Sporaz.tv xəbər verir ki, yığma bu dəfə Çexiya seçməsi ilə üz-üzə gəlib. Qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
İlk turda Serbiyaya 1:5 hesabı ilə məğlub olan komandamız ikinci görüşündə Hindistanı üstələyib – 16:0.
Yekunda 3 xalla qrup üçüncüsü olan milli komanda pley-off mərhələsinə vəsiqə qazanıb. Yığma yarımfinala gedən yolda İngiltərə seçməsi ilə qarşılaşacaq.