Dünya Arda Gülerdən danışır

Bakı, 18 iyun, Sporaz.tv

Türkiyə Milli komandasının ulduz futbolçusu Arda Güler, ​​Gürcüstan matçının ən yaxşı oyunçusu seçilib.

Sporaz.tv xəbər verir ki, Arda Güler ​​vurduğu gözəl qolla dünya gündəminə düşüb.

Türkiyə Millisinin və Real Madridin ulduz futbolçusu Arda Güler, ​​AVRO-2024-ə fırtına kimi daxil olub. Vurduğu gözəl qolla qələbədə mühüm pay sahibi olan Arda Güler ​​dünya mətbuatının da marağına səbəb olub.

Marca: “Arda Gülər ​​Türkiyəyə bir ulduz kimidir. Türkiyənin Messisi”

ESPN: “16 yaşlı Lamine Yamal və 19 yaşlı Arda Güler ​​Avropa çempionatının ilk matçında şou göstərirlər. Futbolun gələcəyi etibarlı əllərdədir”.

Əfsanəvi futbolçu Rio Ferdinand: “Arda Güler. Turniri gənclərin çıxışı müəyyənləşdirir”.


Guardian: “Güler Türkiyənin Messi iddiasını davam etdirdi və ilk matçında Gürcüstanı darmadağın etdi

FIFA Dünya Kuboku: “Onun adı Gülerdir. Arda Gülər!”

A Bola: “Arda Güler ​​matçda çox iştirak etməsə də, möhtəşəm qolla matçın taleyini əla məqamda müəyyənləşdirdi”.