Bakı, 18 iyun, Sporaz.tv
Türkiyə Milli komandasının ulduz futbolçusu Arda Güler, Gürcüstan matçının ən yaxşı oyunçusu seçilib.
Sporaz.tv xəbər verir ki, Arda Güler vurduğu gözəl qolla dünya gündəminə düşüb.
Türkiyə Millisinin və Real Madridin ulduz futbolçusu Arda Güler, AVRO-2024-ə fırtına kimi daxil olub. Vurduğu gözəl qolla qələbədə mühüm pay sahibi olan Arda Güler dünya mətbuatının da marağına səbəb olub.
Marca: “Arda Gülər Türkiyəyə bir ulduz kimidir. Türkiyənin Messisi”
ESPN: “16 yaşlı Lamine Yamal və 19 yaşlı Arda Güler Avropa çempionatının ilk matçında şou göstərirlər. Futbolun gələcəyi etibarlı əllərdədir”.
Əfsanəvi futbolçu Rio Ferdinand: “Arda Güler. Turniri gənclərin çıxışı müəyyənləşdirir”.
Guardian: “Güler Türkiyənin Messi iddiasını davam etdirdi və ilk matçında Gürcüstanı darmadağın etdi
FIFA Dünya Kuboku: “Onun adı Gülerdir. Arda Gülər!”
A Bola: “Arda Güler matçda çox iştirak etməsə də, möhtəşəm qolla matçın taleyini əla məqamda müəyyənləşdirdi”.