Dubois “Galatasaray”da qalacaq

Bakı, 17 iyun, Sporaz.tv

Galatasaray“da Leo Dubois yeni mövsüm üçün heyətdə nəzərdən keçiriləcək. Fransız futbolçunun müdafiənin hər iki tərəfini dəstəkləməsi planlaşdırılır.

Sporaz.tv məlumat verir ki, Galatasarayda mövsüm planlaması davam edir. “Sarı-qırmızılar” geniş bir heyət yaratmağı hədəfləyib. Ötən mövsümü icarə əsasında RAMS Başakşehirdə keçirən Leo Dubois komandaya qayıdıb. Fransız futbolçu yay düşərgəsində sarı-qırmızılılarla çalışacaq. Galatasarayda mövsüm planlaması davam edir. “Sarı-qırmızılar” geniş bir heyət yaratmağı hədəfləyib. Ötən mövsümü icarə əsasında RAMS Başakşehirdə keçirən Leo Dubois komandaya qayıdıb. Fransız futbolçu yay düşərgəsində sarı-qırmızılılarla çalışacaq.

“Galatasaray” Leo Duboisu heyətində saxlamaq istəyir. Təcrübəli oyunçu müdafiənin hər iki cinahında oynadığı üçün vacib variant kimi görünür. Dubois komandanın rotasiyasında sayılır. Fransız futbolçunun daha tez-tez oynaya biləcəyi komandada oynamağa üstünlük verdiyi öyrənilib.

Leo Dubois ötən mövsüm RAMS Başakşehir üçün 31 matçda iştirak edib. Bu müddətdə təcrübəli futbolçu 1 qol vurub, 4 qol ötürməsi edib.