Dries Mertensdən Ciro Immobile sözləri

Bakı, 22 iyul, Sporaz.tv

Galatasaray“ın futbolçusu Dries Mertens, Ciro Immobilenin “Beşiktaş“a keçidinə sevindiyini bildirib.

Sporaz.tv xəbər verir ki, Dries Mertensin keçmiş komandası “Napoli“, karyerası və “Beşiktaş”ın yeni transferi Ciro İmmobile ilə bağlı açıqlamalar verib.

İtaliya mətbuatının “La Gazetta della Sport”un suallarını cavablandıran təcrübəli futbolçu, futbolu buraxdıqdan sonra planları ilə bağlı: “Neapolda yaşamaq istəyirəm. Köhnə evim və həyatımın bir çox məqamları üçün darıxıram. Futbol mənim həyatımdır, amma özümü məşqçi kimi görmürəm”- dedi.

Mertens, keçmiş komandası “Napoli” ilə bağlı bunları deyib: “Conte yaxşı insan və əla məşqçidir. O, komandaya lazımı anda gəldi”.

Mertens, “Beşiktaş”ın yeni transferi Ciro İmmobile ilə bağlı: “Ona dedim ki, Türkiyədə bircə Ciro var. Zarafat bir yana, Türkiyəyə gəldiyi üçün xoşbəxtəm. Superliqanı seçən digər böyük hücumçudur”- fikirlərini qeyd edib.

Bahar Rüstəm