Douglas Costadan sürpriz imza

Bakı, 26 avqust, Sporaz.tv

Avstraliya Liqası komandalarından olan “Sydney FCDouglas Costa ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.

Sporaz.tv xəbər verir ki, Douglas Costa “Sydney FC” ilə müqavilə imzalayıb.

Sonuncu dəfə Braziliya liqa komandalarından olan “Fluminense”də çıxış edən 33 yaşlı futbolçu Avstraliya komandası ilə 2 illik anlaşıb.

Transferlə bağlı Costa deyib: “Karyeram boyu bir çox böyük komandada oynamışam, çempionluqlar qazanmışam və Sidneyə daha çox şey etmək üçün gəlmişəm”.

Futbolçu karyerasına “Gremio”nun akademiyasında başlayan Douglas Costa daha sonra “Shaktar Donetsk”, “Bayern Munich” və “Juventus”da çıxış edib.

2021-ci ildə icarə əsasında “Gremio”ya qayıdan braziliyalı futbolçu MLS komandalarından olan “Los Angeles Galaxy”də də çıxış edib.

Costa bu ilin əvvəlində “Fluminense” ilə müqavilə imzalayıb.

Braziliyalı futbolçu karyerası ərzində 541 matça çıxıb və 76 qol vurub, 108 məhsuldar ötürmə edib.

Sydney FC’nin paylaşımı:

Bahar Rüstəm